XƏBƏRLƏR

Tələbələr arasında intellektual çempionat keçirilib

Tələbələr arasında intellektual çempionat keçirilib

25 may 2018

Baxış sayı: 3633

Azərbaycan Universitetində tələbələr arasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “İntellektual sən” adlı turnirin “Xəmsə” formatında çempionatı keçirilib. Dörd turdan ibarət olan çempionatda “Alternativ”, “A.S”, “Gənc türklər” və “Boz qurd” komandaları mübarizə aparıb.

İştirakçılara hər turda 5 raund, hər raundda 5 sual olmaqla ümumilikdə 80 sual təqdim olunub.

“Gənc türklər” komandası 7900 xal toplayaraq birinci yeri tutub.

Qalib komandaya kubok, medallar və sertifikatlar təqdim olunub.

Yarışın keçirilməsində əsas məqsəd tələbələrin asudə vaxtının səmərəli təşkili ilə yanaşı onların intellektual inkişafının təmin olunmasıdır.

Gənc türklər komandasının üzvləri Humanitar fənlər fakültəsinin II kurs tələbələri Fəranə Mikayılova, Türbəndə Cümşüdlü, Zümrüd Kazımlı, Ruslan Ağakişiyev, kapitanı isə Tünzalə Kazımova olub.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
25.05.2018

DİGƏR XƏBƏRLƏR