XƏBƏRLƏR

Tələbələr topladıqları folklor nümunələrini təqdim ediblər

Tələbələr topladıqları folklor nümunələrini təqdim ediblər

21 aprel 2022

Baxış sayı: 1256

Azərbaycan Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) IV kurs tələbələrinin istehsalat təcrübəsinin birinci hissəsi yekunlaşıb. Bu münasibətlə təşkil olunan tədbirdə tələbələrin təcrübə müddəti ərzində apardıqları araşdırma və Azərbaycanın müxtəlif şəhər və kəndlərindən topladıqları folklor nümunələrinin təqdimatı təşkil olunub.

Tələbələr diqqətdən kənarda qalan və hafizələrdə qorunub saxlanan folklor nümunələrinin toplanmasına xüsusi diqqət yetiriblər. Toplanan nümunələr arasında bayatılar, xalq nağılları, əfsanələr çoxluq təşkil edir.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri Ülviyyə Rəhimova, kafedranın professoru Asif Hacıyev, kafedranın müəllimi Yusif Novruzov, humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov çıxış edərək Azərbaycanın zəngin folklor nümunələrinin toplanması və yazıya alınmasının, həmçinin elmi cəhətdən öyrənilməsinin aktuallığı və əhəmiyyətinə toxunub, tələbələrə təşəkkür ediblər.

Qeyd edək ki, IV kurs tələbələrinin istehsalat təcrübəsi fevral ayında başlayıb. Filologiya (Azərbaycan dili və ədəbiyyatı) IV kurs tələbələri sahə araşdırmasına yollanmazdan əvvəl folklor nümunələrinin toplanması üsulları, informatla söhbətin qaydaları, götürülən qeydlərin qaydaya salınması haqqında təlimatlandırılıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.04.2022

DİGƏR XƏBƏRLƏR