XƏBƏRLƏR

Tələbələr üçün “Global Volunteer” proqramının təqdimatı

Tələbələr üçün “Global Volunteer” proqramının təqdimatı

23 aprel 2018

Baxış sayı: 4156

Azərbaycan Universitetinin tələbələri üçün dünyanın ən böyük tələbə gənclər təşkilatı olan “AIESEC”-in “Global Volunteer” adlı xaricdə təcrübə proqramının təqdimatı keçirilib. Təqdimatı “AIESEC” Azərbaycan Gənclər Təşkilatının sədr müavini Murad Qəniyev və marketinq üzrə əməkdaşı Behbud Həmzəyev aparıb.  

Tədbirdə qeyd olunub ki, dünyanın 126 ölkəsində fəaliyyət göstərən və 90 mindən çox üzvü olan təşkilat 10 ildən artıqdır ki, Azərbaycan gənclərinin inkişafında aktiv şəkildə iştirak edir. “AIESEC” təşkilatının məqsədi beynəlxalq və yerli təcrübə proqramları vasitəsilə gənclərin liderlik, satış, marketinq, layihələrin idarə edilməsi, maliyyə, insan resursları və başqa bu kimi sahələrdə bacarıqlarını üzə çıxarmaq və inkişaf etdirməkdir.

Təşkilatın beynəlxalq layihələrindən olan “Global Volunteer” xaricdə təcrübə proqramı 6-8 həftəni əhatə edir və könüllülük əsasında həyata keçirilir. Proqram çərçivəsində tələbələrə beynəlxalq komandada iştirak etməklə sosial layihələrdə çalışmaq təklif olunur. Tələbələrdən ingilis dili biliyi və 18-29 yaş aralığında olmaları tələb olunur.

Proqrama müraciət etmək istəyən tələbələr onlayn müraciət formasını www.aiesec.org saytından əldə edə bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
23.04.2018

DİGƏR XƏBƏRLƏR