XƏBƏRLƏR

Tələbələr üçün “Rəqəmsal dünyada təhsil” adlı danışıq klubu keçirilib

Tələbələr üçün “Rəqəmsal dünyada təhsil” adlı danışıq klubu keçirilib

21 oktyabr 2019

Baxış sayı: 3170

Azərbaycan Universitetinin maliyyə ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün “Rəqəmsal dünyada təhsil” (Education in the digital world) adlı danışıq klubu təşkil olunub. Danışıq klubuna Azərbaycanda təhsil alan Qana Respublikasının vətəndaşı Abubakari Yushawu moderatorluq edib.

Tədbir müasir dövrdə təhsilin təşkili, bu istiqamətdə aparılan islahatlar, gənclərin təhsilə marağı və bu kimi mövzuları əhatə edib. Tədbirdə Xarici dillər kafedrasının müdiri Samirə Məmmədova və kafedranın müəllimləri Rəna Kərimova, Validə Kərimova iştirak edib.

Qeyd edək ki, Abubakari Yushawu 2017-ci ildən Azərbaycanda magistratura pilləsində “Educational Management” ixtisası üzrə təhsil alır. Buna qədər onun Amerika və Şotlandiya kimi ölkələrdə də təhsil təcrübəsi toplamaq imkanı olub.

İctimaiyyətlə əlaqələr şöbəsi
21.10.2019

DİGƏR XƏBƏRLƏR