XƏBƏRLƏR

Tələbələr üçün “Baku IdeaLab”ın təqdimatı keçirilib

Tələbələr üçün “Baku IdeaLab”ın təqdimatı keçirilib

20 sentyabr 2019

Baxış sayı: 3218

Azərbaycan Universitetinin tələbələri üçün “Baku IdeaLab”ın “Dreams’ Lab 2”, “Data Journalism”, “Finding her voice” adlı proqramlarının təqdimatı keçirilib. Təqdimatı “Baku IdeaLab” sosial layihəsinin icma meneceri Fatma İsmayılova və proqram assistenti Zamin Zəkiyev aparıb. 

Tədbirdə “Baku IdeaLab”ın fəaliyyəti, məqsədi haqqında məlumat verilib. Bildirilib ki, proqram vasitəsilə sosial iştirakçılıq, yerli icmalara töhfə verilməsi üçün layihə yazılması və idarə edilməsi ilə bağlı mövzularda mütəxəssislər tərəfindən praktiki təlimlər keçirilir. Daha sonra isə iştirakçılar mentorların köməkliyi ilə komandalar şəklində öz layihə ideyalarını inkişaf etdirərək, dəstək almaq üçün təqdim edirlər.

Hazırda 18 təşəbbüs qrupu olan proqramən məqsədi Bakıda yaşayan 18-30 yaş aralığında olan gənclərin icmalarda iştirakını artırmaqdır.

Tədbirdə iştirakçılara müraciət və iştirak qaydaları haqqında da məlumat verilib, suallar cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
20.09.2019

DİGƏR XƏBƏRLƏR