XƏBƏRLƏR

Tələbələr üçün “Uğurlu karyerada ilk addım” təlimi keçirilib

Tələbələr üçün “Uğurlu karyerada ilk addım” təlimi keçirilib

28 oktyabr 2019

Baxış sayı: 2779

Azərbaycan Universitetinin yuxarı kurs tələbələri üçün GTD School Training Center tərəfindən “Uğurlu karyerada ilk addım” adlı təlim keçirilib.

Təlimçi Amin Məmmədovun apardığı təlim tələbələrin hazırkı iş həyatında və gələcək karyeralarında düzgün və uğurla irəliləmək, idarəetmə bacarıqlarına sahib olmaq üçün zəruri məlumatlar vermək məqsədi daşıyır.

Təlim vakansiyaların axtarışı, universitetdə təhsil müddətində ixtisas üzrə təcrübə və staj keçmə imkanlarının araşdırılması, ictimai işlərdə iştirak, könüllülük təcrübəsi, CV hazırlama, göndərmə, iş üçün müəssisə və idarələrə məktubla yaxud birbaşa müraciət qaydaları və müsahibəyə hazırlıq qaydaları kimi mövzuları əhatə edib.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
28.10.2019

DİGƏR XƏBƏRLƏR