XƏBƏRLƏR

Tələbələr üçün “Ünsiyyət sadəcə danışmaq deyil” mövzusunda seminar keçirilib

Tələbələr üçün “Ünsiyyət sadəcə danışmaq deyil”  mövzusunda seminar keçirilib

28 noyabr 2017

Baxış sayı: 4960

Azərbaycan Universitetində Psixoloji məsləhət və xüsusi istedadlar mərkəzi (PM Akademiya)  tərəfindən “Ünsiyyət sadəcə danışmaq deyil” mövzusunda seminar keçirilib.

Mərkəzin əməkdaşları uzman psixoterapevtlər Anar Babayev və Nərmin Osmanlı, psixoterapevt Nərgiz Quliyeva, uzman psixoterapevt və ailə terapevti Maarif Məmmədovun apardığı seminarda qeyd olunub ki, anlaşılmamaq müasir dövrdə ən çox şikayət edilən başlıca psixoloji problemlərdəndir. Problemin həll yolu özünü yaxşı tanımaq və ifadə etməkdən keçir.

Seminarda ünsiyyətin məqsədi və növləri, dinləmək bacarıqlarının inkişaf etdirilməsi, şəxsi münasibətlər və ailə münasibətlərində ünsiyyətin psixoloji və sosial tərəfləri, ailədaxili ünsiyyətin mahiyyəti, ailədaxili ünsiyyətdə ortaya çıxan maneələr və onların həlli yolları, sosial fobiya və ondan azad olmağın yolları kimi məsələlərə toxunulub.

Mərkəzin əməkdaşları tərəfindən bu kimi məsələlərdə psixoloji məsləhət və köməyin əhəmiyyəti vurğulanıb, həmçinin tələbələrin sualları cavablandırıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi
28.11.2017


DİGƏR XƏBƏRLƏR