XƏBƏRLƏR

Tələbələr “Ümumdünya Sağlamlıq Günü” ilə bağlı aksiya keçirib

Tələbələr “Ümumdünya Sağlamlıq Günü” ilə bağlı aksiya keçirib

07 aprel 2022

Baxış sayı: 1224

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi  Aynur Bünyatova və I kurs magistratura tələbələrinin təşkilatçılığı ilə “Ümumdünya Sağlamlıq Günü” ilə bağlı aksiya keçirilib.

Aksiyada universitetin bufetində özəl stend qurulub. Tələbələrə stenddə yerləşdirilən “Sağlamlıq bankası”ndan üzərində sağlamlıq haqqında maraqlı yazılar olan kağızları çəkmək təklif olunub,  həmçinin “Siqaret çəkmə, alma ye” devizi ilə alma paylanıb. Aksiya çərçivəsində terrasda Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və Gənclərlə iş ixtisası üzrə təhsil alan magistratura tələbələrinin iştirakı ilə flaşmob da keçirilib.

Aksiyanın məqsədi Ümumdünya Sağlamlıq Günü ilə bağlı tələbələrin məlumatlandırılması, zərərli vərdişlərdən uzaqlaşdırılması və sağlam yaşama diqqət çəkməkdən ibarətdir.

İctimaiyyətlə əlaqələr şöbəsi
07.04.2022

 

DİGƏR XƏBƏRLƏR