XƏBƏRLƏR

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün ustad dərsi təşkil olunub

Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün ustad dərsi təşkil olunub

14 aprel 2025

Baxış sayı: 165

Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin tələbələri üçün Hüquq və iqtisadiyyat sahəsində mütəxəssis, “SOCAR Green” şirkətinin Baş hüquq məsləhətçisi  Kənan Xəlilovun ustad dərsi təşkil edilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən ustad dərsi “The constitution and entrepreneurial freedom: Legal guaranties for economic growth - How the constitution protects entrepreneurship and its effect on economic development” (Konstitusiya və sahibkarlıq azadlığı: iqtisadi artımın hüquqi təminatları — Konstitusiya sahibkarlığı necə qoruyur və onun iqtisadi inkişafa təsiri) mövzusuna həsr olunub. 

İqtisadiyyat və idarəetmə kafedrasının təşəbbüsü ilə təşkil olunan ustad dərsini kafedranın müdiri Tural Qocayev açaraq, bu kimi görüşlərin əhəmiyyətini vurğulayıb və tələbələrə biliklərini zənginləşdirmək imkanı verdiyini qeyd edib. 

Ardınca Kənan Xəlilov mövzuya dair məruzə ilə çıxış edib, iştirakçıların suallarını cavablandırıb. 

Ustad dərsində Biznes və iqtisadiyyat fakültəsinin tədrisi ingilis dilində aparılan ixtisaslarında oxuyan tələbələr iştirak edib. 


İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR