XƏBƏRLƏR

Tələbələrimiz Gürcüstandan xoş təəssüratlarla qayıdıblar

Tələbələrimiz Gürcüstandan xoş təəssüratlarla qayıdıblar

27 sentyabr 2018

Baxış sayı: 3801

Azərbaycan Universitetinin bakalavriat pilləsində ingilisdilli Maliyyə ixtisası üzrə təhsil alan  III tələbəsi Ayaz Mirzəyev və MBA proqramında Menecment ixtisası üzrə təhsil alan tələbələri Əhməd Hüseynov və Fərrux Əlizadə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən yay məktəbində iştirak ediblər.

Yay məktəbi Azərbaycan Universiteti, Almaniyanın Koblenz Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universiteti tərəfindən birgə təşkil olunub.

Yay məktəbində Azərbaycan, Almaniya və Gürcüstan universitetlərinin tələbələri iştirak edib. Burada iştirakçılar üçün biznes innovasiyalarının yaradılmasının incəlikləri, Gürcüstanda biznes qurmanın xüsusiyyətləri, startaplarda video təqdimatların (Ted-talk) innovativ idarə edilməsi və başqa bu kimi mövzularda seminarlar keçirilib. Seminarları Almaniya və Gürcüstandan olan professor və təlimçilər aparıb.

Yay məktəbinin iştirakçıları üçün Tbilisinin tarixi abidələrinə, muzeylərinə ekskursiyalar təşkil olunub.

10 gün davam edən yay məktəbini uğurla başa vuran tələbələrimiz sertifikatla təltif olunublar.

Maraqlı və zəngin proqrama malik yay məktəbində məhsuldar vaxt keçirən tələbələrimiz vətənə xoş təəssüratlarla qayıdıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.09.2018

DİGƏR XƏBƏRLƏR