XƏBƏRLƏR

Tələbələrimiz Nəsimiyə həsr olunmuş konfransda məruzə ilə iştirak edib

Tələbələrimiz Nəsimiyə həsr olunmuş konfransda məruzə ilə iştirak edib

15 noyabr 2019

Baxış sayı: 3157

Azərbaycan Universitetinin filologiya ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Fəranə Mikayılova və Dilşünaslıq ixtisası üzrə magistratura I kurs tələbəsi Aytac Orucova Azərbaycanın dünya şöhrətli dahi şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsimi və folklor” respublika elmi-praktik konfransında məruzə ilə iştirak ediblər.

Fəranə Mikayılova tədbirdə “İmadəddin Nəsimi yaradıcılığında xalq üslubu”, Aytac Orucova isə “Nəsimi yaradıcılığında mifoloji düşüncə ilə bədiiliyin vəhdəti” mövzusunda çıxış edib. Tələbələrimizə sertifikatlar və konfransın materiallarının çap olunduğu toplu təqdim olunub.

Qeyd edək ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Folklorun və Ədəbiyyatın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən keçirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi
15.11.2019


DİGƏR XƏBƏRLƏR