XƏBƏRLƏR

Tələbələrimiz payız semestrini Almaniyada oxuyacaq

Tələbələrimiz payız semestrini Almaniyada oxuyacaq

24 sentyabr 2018

Baxış sayı: 3688

Azərbaycan Universitetinin tələbələri 2018/2019-cu tədris ilinin payız semestrində “Erasmus+” Mübadilə proqramı çərçivəsində Almaniyanın Koblenz Universitetində təhsil alacaqlar. MBA Proqramının Menecment ixtisası üzrə təhsil alan tələbələri Əhməd Hüseynov və Fərrux Əlizadə bu universitetdə  təhsil aldıqları dövrdə tam təqaüdlə təmin olunacaq,  eyni zamanda akademik təcrübə də keçəcəklər.

Tələbələrin Koblenz Universitetində payız semestrində qazandıqları kreditlər daha sonra Azərbaycan Universitetinə transfer olunacaq. Hüseynov və Fərrux Əlizadə Koblenz Universitetində ingilis dilini inkişaf etdirmək istiqamətində zəngin təcrübə ilə yanaşı, dünyanın müxtəlif ölkələrindən gəlmiş xalqların mədəniyyəti ilə tanış olma imkanı da əldə edəcəklər.

Tələbələrimiz artıq Koblenz Universitetindədirlər.

Onlara təhsillərində uğurlar arzulayırıq! 

İctimaiyyətlə əlaqələr şöbəsi
24.09.2018

DİGƏR XƏBƏRLƏR