XƏBƏRLƏR

Tələbələrimiz proqramlaşdırma üzrə beynəlxalq müsabiqədə iştirak edib

Tələbələrimiz proqramlaşdırma üzrə beynəlxalq müsabiqədə iştirak edib

29 oktyabr 2018

Baxış sayı: 3684

Azərbaycan Universiteti “43-cü ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” Müsabiqəsinin növbəti 1/4 final mərhələsində (XIV Azərbaycan Birinciliyi) 3 komanda ilə təmsil olunub. Müsabiqədə bu il 17 ali təhsil müəssisəsindən 45 komanda iştirak edib.

Bakı Mühəndislik Universitetində keçirilən müsabiqədə komandalara 5 saat ərzində 12 alqoritmik məsələni C, C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək tapşırığı verilib.

Müsabiqədə müvəffəqiyyət qazanan komandalar Gürcüstan Respublikasının Tbilisi şəhərində keçiriləcək “43-cü ACM ICPC Universitet Tələbələrinin Beynəlxalq Proqramlaşdırma” müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz açıq çempionatında iştirak etmə hüququ əldə edəcəklər.

Komandalarımızın tərkibi və rəhbərləri aşağıdakı kimidir:

AU-1 komandası (Rəhbər İKT fakültəsinin dekanı Asif Paşayev)

  • Zakirli Fəhmin (Kompüter mühəndisliyi)
  • Həbibli Əlizaman (Kompüter mühəndisliyi)
  • Əliyev Elimxan (Maliyyə)

AU-2 komandası (Rəhbər Riyaziyyat və informatika kafedrasının müəllimi Əbilhəsən Əhmədov)

  • İsmayılov Xəyal (Kompüter mühəndisliyi)
  • Tağıyev Ayxan (Kompüter mühəndisliyi)
  • Vəlizadə Nurlan (Tərcümə)

AU-3 komandası (Rəhbər Riyaziyyat və informatika kafedrasının müəllimi Əbilhəsən Əhmədov)

  • Muxtarova Lalə (Kompüter elmləri)
  • Quliyev Cahandar (Kompüter elmləri)
  • Mirəliyev Rabil (Kompüter elmləri)

İctimaiyyətlə əlaqələr şöbəsi
29.10.2018

DİGƏR XƏBƏRLƏR