XƏBƏRLƏR

Tələbələrimizin istehsalat təcrübəsi başa çatıb

Tələbələrimizin istehsalat təcrübəsi başa çatıb

31 may 2021

Baxış sayı: 1808

Azərbaycan Universitetinin bakalavriat pilləsində təhsil alan IV kurs tələbələrinin istehsalat, magistratura pilləsində təhsil alan II kurs tələbələrinin isə elmi-pedoqoji, elmi-tədqiqat təcrübələri yekunlaşıb. Biznes və iqtisadiyyat, Humanitar fənlər və İnformasiya-kommunikasiya texnologiyaları fakültələrində təhsil alan 12 ixtisas üzrə 176 bakalavriat, 6 ixtisas üzrə 31 magistratura tələbəsi müxtəlif qurumlarda təcrübə keçiblər.

Müxtəlif dövlət orqanları və onların tabeliyində olan müəssisələr, bələdiyyələr və şirkətlərdə təcrübəçi tələbələrə 48 müəllim rəhbərlik edib.

Elmi-pedaqoji təcrübədə magistratura tələbələri Azərbaycan Universitetində pedaqoji fəaliyyətin forma və metodlarını öyrənib, kafedra və fakültələrin fəaliyyəti,  iş prinsipləri ilə yaxından tanış olub, onlayn dərs dinləmələrində iştirak edib və onlayn dərslər keçib, ixtisaslarının pedaqoji tərəfini təcrübədə tətbiq ediblər. Elmi-tədqiqat təcrübəsi zamanı təcrübəçilər tədqiqat fəaliyyəti ilə məşğul olublar.

İctimaiyyətlə əlaqələr şöbəsi
26.05.2021

DİGƏR XƏBƏRLƏR