XƏBƏRLƏR

Tələbəmiz milli musiqi gecəsində solist kimi çıxış edib

Tələbəmiz milli musiqi gecəsində solist kimi çıxış edib

31 yanvar 2020

Baxış sayı: 3648

Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə III kurs tələbəsi Əmir Nəbiyev Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Milli musiqi alətlərimiz - milli sərvətimizdir” adlı konsertdə solist olaraq çıxış edib.

Tələbəmiz sözləri Zivər Ağayevaya, musiqisi Hacı Xanməmmədova aid olan “Aldatmayaq bir-birimizi” mahnısını ifa edib.

Gecədə Vasif Cavadov (tar), Günel Qasımova (xanəndə), Orxan Hüseynov (kamança), Amin Abdullayev (tar), Əmir Nəbiyev (xanəndə), Kamal Məmmədli (kamança) və başqaları çıxış ediblər. Musiqiçiləri İlahə Hüseynovanın dirijorluğu ilə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestri müşayiət edib.

Konsertdə xalq musiqisi nümunələri və Azərbaycan bəstəkarlarının əsərləri səslənib. Konsert böyük maraqla qarşılanıb.

Qeyd edək ki, “Gənclərə dəstək” layihəsi çərçivəsində təşkil edilən konsertin əsas məqsədi Azərbaycanda gənc istedadları üzə çıxarmaq və onları inkişaf etdirməkdir. Layihənin ideya müəllifi filarmoniyanın direktoru, Xalq artisti Murad Adıgözəlzadə, əlaqələndiricisi Ayla Kərimova-Zakariyadır.

İctimaiyyətlə əlaqələr şöbəsi
31.01.2020


DİGƏR XƏBƏRLƏR