XƏBƏRLƏR

Tələbəmiz Toğrul Quliyev xaricdə təcrübə proqramında iştirak edib

Tələbəmiz Toğrul Quliyev xaricdə təcrübə proqramında iştirak edib

25 sentyabr 2019

Baxış sayı: 2542

Azərbaycan Universitetinin ingilisdilli menecment ixtisası üzrə təhsil alan IV kurs tələbəsi Toğrul Quliyev yay aylarında “AIESEC Azərbaycan” təşkilatının xaricdə təcrübə proqramında iştirak edib. Tələbəmiz iyul-sentyabr aylarında AIESEC könüllüsü kimi Türkiyənin İsparta şəhərində fəaliyyət göstərən dil kursunda tələbə və ibtidai sinif şagirdlərinə ingilis dili dərsləri keçib, onlar üçün danışıq klubları təşkil edib.

10 ölkədən 26 könüllünün iştirak etdiyi layihədə iştirakçılar ölkələrinin tarixi, mədəniyyəti haqqında təqdimatlar ediblər. Proqramın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim olunub.

Proqram gənclərə milli mədəniyyəti bölüşmək və paylaşmaq vasitəsi ilə şəxsi inkişafa və özünü kəşf etməyə imkan yaradır. Proqrama qəbul olmuş tələbələr və yenicə məzun olmuş gənclər təşkilatın yerləşdiyi ölkələrdə müxtəlif sahələr üzrə şirkətlərdə təcrübə keçə bilirlər. Təcrübə proqramları millətlərarası tolerantlıq, təlimçilik bacarıqları və bu kimi mövzuları əhatə edir.

İctimaiyyətlə əlaqələr şöbəsi
04.10.2019

DİGƏR XƏBƏRLƏR