XƏBƏRLƏR

Təlim və Tədris Mərkəzi tələbələri “ACCA F3 Financial Accounting” təliminə dəvət edir

Təlim və Tədris Mərkəzi tələbələri “ACCA F3 Financial Accounting” təliminə dəvət edir

03 may 2019

Baxış sayı: 4016

Azərbaycan Universitetinin Təlim və Tədris Mərkəzi iş həyatına daha yaxşı hazırlaşmaq, maliyyə uçotu üzrə biliklərini təkmilləşdirmək istəyən tələbələri “ACCA F3 Financial Accounting” təliminə dəvət edir. Maliyyə və audit sahəsi üzrə mütəxəssis,  “Deloitte” şirkətinin Avstraliya üzrə nümayəndəliyinin əməkdaşı Elnur Fətullayevin aparacağı təlim iştirakçıların istəyinə uyğun olaraq Azərbaycan və ingilis dillərində təşkil olunacaq. Təlimin müddəti 30 saat, ödənişin miqdarı bir nəfər üçün 150 manatdır. Dərslər həftədə 2 dəfə və hər dərs 4 saat olmaqla keçiriləcəkdir.

Təlimi uğurla başa vuran tələbələrə sertifikat veriləcəkdir. Son müraciət tarixi 10 may 2019-cu ildir.

Təlimin mövzuları

  • Maliyyə hesabatlılığının məğzi və məqsədi
  • Maliyyə məlumatlarının keyfiyyət xüsusiyyətləri
  • Biznes əməliyyatlarının qeydiyyatı
  • Sınaq balansının hazırlanması
  • Əsas maliyyə hesabatlarının hazırlanması

Təlimçi haqqında məlumat

Təhsil

  • Avstraliya Milli Universiteti, Tətbiqi maliyyə üzrə magistr
  • Azərbaycan Dövlət İqtisad Universiteti, Maliyyə üzrə bakalavr
  • CFA sertifikasiyasının sahibi

Karyera

  • Deloitte (Avstraliya), Menecer assistenti  
  • Ernst & Young (EY Azərbaycan), Audit üzrə baş mütəxəssis

Bizimlə əlaqə və qeydiyyat üçün 
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12 (daxili 136)

İctimaiyyətlə əlaqələr şöbəsi
03.05.2019


DİGƏR XƏBƏRLƏR