XƏBƏRLƏR

Tərcümə və filologiya kafedrasının müdiri Samirə Məmmədova təhsil forumunda iştirak edib

Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının müdiri, dosent Samirə Məmmədova Avropa Azərbaycan məktəbində müəllimlər, təhsil ekspertləri və tədris idarəçiləri üçün keçirilən “İnnovativ tədris və öyrənmə” (Innovativ Teaching and Learning) adlı beynəlxalq təhsil forumunda iştirak edib.  

Forum iştirakçılar üçün təhsilin qarşısında duran problemlərin innovativ həlli istiqamətində ən yaxşı təcrübələri, ideyaları bölüşmək və birgə işləmək üçün bir platforma rolunu oynayıb. Tədbirdə təhsildə yeni texnologiyalar, pedaqoji yanaşmalar, tədris planının inkişafı, qiymətləndirmə, müəllim hazırlığı, tədris və öyrənmə yenilikləri kimi mövzular müzakirə olunub, beynəlxalq spikerlərin çıxışları dinlənilib. 

Günün sonunda bütün iştirakçılara beynəlxalq sertifikat təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR