XƏBƏRLƏR

TKTA Azərbaycan Universitetində üç günlük təlim keçirir

TKTA Azərbaycan Universitetində üç günlük təlim keçirir

02 mart 2022

Baxış sayı: 1538

Bu gün Azərbaycan Universitetində “Sillabusların tərtibi, təlim nəticələrinin formalaşdırılması və qiymətləndirilməsi" mövzusunda üç günlük təlim öz işinə başlayıb. Təlimi Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov aparır.

Təlimin məqsədi Azərbaycan Universitetinin akademik heyətinə sillabusların hazırlanması və təlim nəticələrinin müvafiq standartlara uyğun olaraq yazılmasına dair geniş məlumat vermək və daxili keyfiyyət təminatına dəstək göstərməkdən ibarətdir.

Qeyd edək ki, təlim agentlik ilə Azərbaycan Universiteti arasında təlim xidmətinin göstərilməsinə dair əməkdaşlıq müqaviləsinə uyğun olaraq  təşkil olunub. Təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.

İctimaiyyətlə əlaqələr şöbəsi
02.03.2022

DİGƏR XƏBƏRLƏR