XƏBƏRLƏR
Turizm ixtisasında oxuyan tələbələr üçün “Sığorta və sığorta mədəniyyəti” mövzusunda təlim keçirilib
Azərbaycan Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin Turizm işinin təşkili ixtisası üzrə təhsil alan II kurs tələbələrinə “Sığorta və sığorta mədəniyyəti” mövzusunda təlim təşkil olunub. Təlimi “Azərbaycan Sığortaçılar Assosiasiyası” (ASA) İctimai Birliyinin Tədris Mərkəzinin direktoru Pərviz Quliyev aparıb.
Təlimdə tələbələrə sığorta, sığortalı, sığortaçı kimi anlayışlar, sığorta fəaliyyətinin yaranması və inkişafı, sığortanın iqtisadi mahiyyəti və funksiyaları, üstünlükləri, sığorta növləri, tanınmış sığorta məhsulları, sığortaya müraciət, sığorta şirkətinin seçilməsi, sığorta hadisəsi, sığortalının öhdəliyi və hüquqları, sığortaçının öhdəlikləri və hüquqları haqqında məlumat verilib, suallar cavablandırılıb.
Təlimdə iştirak edən tələbələrin hər birinə iştirakçı sertifakatı təqdim edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi