XƏBƏRLƏR
Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənnini Amasya Universiteti tədris edəcək
Türk Dünyası Rəqəmsal Vətəndaşlığı fənni 2021/2022-ci tədris ilinin yaz semestrində Amasya Universiteti tərəfindən məsafədən tədris olunacaq. Semestrin birinci dərsi 18 mart 2022-ci il tarixində saat 10.00-da başlayacaq. Tələbələr bu dərsdə prof. Hakan Akdağ və prof. Ömer Faruk Sönmezin “Rəqəmsal vətəndaşlıq” mövzusunda mühazirəsinə qulaq asacaqlar. Dərslər “Zoom” platforması üzərindən təşkil olunur.
Qeyd edək ki, fənnin tədrisi “Türk Dünyası Rəqəmsal Vətəndaşlığı” layihəsi çərçivəsində məsafədən təşkil olunur. Qırğızıstan –Türkiyə Manas Universiteti və Türkiyənin Qaziantep Universitetinin koordinatorluğunda həyata keçirilən layihəyə Azərbaycan Universiteti layihəyə 2021-ci ildə qoşulub.
İctimaiyyətlə əlaqələr şöbəsi
11.03.2022
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub
17 noyabr 2026
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
17 noyabr 2026
Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub
16 noyabr 2026
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi təhsil proqramlarının təqdimatını keçirib
13 noyabr 2026
Sosial iş ixtisasının magistrantları üçün peşənin inkişaf tarixinə dair təqdimat keçirilib
12 noyabr 2026
Təlim – Tədris Mərkəzində “Learn2Share2” layihəsinin təlimləri başlayıb
12 noyabr 2026
