XƏBƏRLƏR

Türkiyəli dosent payız semestrində Azərbaycan Universitetində dərs deyəcək

Türkiyəli dosent payız semestrində Azərbaycan Universitetində dərs deyəcək

01 noyabr 2023

Baxış sayı: 500

Türkiyənin Necmeddin Erbakan Universitetinin dosenti Süleyman Barbaros Yalçın 2023/2024-cü tədris ilinin payız semestrində Azərbaycan Universitetinin professor-müəllim heyətinə qoşulub. Süleyman Barbaros Yalçın Sosial işin təşkili kafedrasının tərkibində fəaliyyət göstərəcək. Qonaq dosent semestr müddətində bakalavriat pilləsində “Ailə və gender” psixologiyası, magistratura pilləsində isə “Gənclərlə iş metodikası” fənlərini tədris edəcək.

Qeyd edək ki, Süleyman Barbaros Yalçın universitet rəhbərliyi tərəfindən Təhsildə sosial-psixoloji xidmət və Gənclərlə iş ixtisaslarında oxuyan tələbələrə mühazirə oxumaq üçün Türkiyədən dəvət olunub. Semestr ərzində Süleyman Barbaros Yalçının iştirakı ilə müxtəlif seminarların təşkili də nəzərdə tutulur. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR