XƏBƏRLƏR

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib

Ümummilli lider Heydər Əliyevin  xatirəsinə həsr olunmuş tədbir keçirilib

11 dekabr 2020

Baxış sayı: 2155

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbirində ümummilli liderin müxtəlif dövrlərdə Azərbaycanın maraqlarının qorunması istiqamətində gördüyü işlər haqqında məlumat verilib. Bildirilib ki, dahi liderin Azərbaycanın dövlət və milli ordu quruculuğu sahəsindəki müstəsna xidmətləri Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə öz şərəfli missiyasını icra edərək möhtəşəm qələbəyə imza atmasının, Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinin əsasını qoyub.

Çıxışlarda qələbənin Azərbaycan dövlətinin və onun başçısı İlham Əliyevin əməyi, qətiyyətli siyasi mövqeyi, Azərbaycan xalqının sözün əsl mənasında birlik və həmrəyliyi, Azərbaycan Ordusunun gücü və qüdrəti, Azərbaycan əsgərinin igidliyi, 2783 şəhidin qanı-canı, qazilərin sağlamlığı bahasına qazanıldığı vurğulanıb, Allahdan şəhidlərə rəhmət dilənib, qazilərə sağlamlıq arzulanıb.

Elmi işlər üzrə prorektor, professor Yusif Qasımov qeyd edib ki, Azərbaycan Universitetinin hər il ənənəvi olaraq keçirdiyi anım tədbiri bu il xüsusi dövrə təsadüf edir. Azərbaycan Ordusunun möhtəşəm qələbə ilə torpaqlarımızı işğaldan azad etməsi bu gün bütün dünyanın diqqət mərkəzindədir. Prorektor bildirib ki, 44 günlük Vətən müharibəsini qələbəyə gətirən yolun təməli 1990-cı illərin başında – Azərbaycanın müstəqilliyinin ilk illərində ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı quruculuq işləri ilə atılıb.

İctimai elmlər kafedrasının müdiri, professor Qabil Əliyev bildirib ki, Azərbaycan xalqı bu günlərdə çox möhtəşəm tarixi anlar yaşayır. Müzəffər Ali Baş Komandan İlham Əliyev ümummilli liderin başladığı bütün quruculuq işlərini ləyaqətlə davam etdirib, daha yüksək mərtəbələrə qaldıraraq Azərbaycanın haqq və ədalət mübarizəsini, ərazi bütövlüyünün təmin edilməsi missiyasını uğurla başa çatdırıb.

Kafedranın professoru Qasım Hacıyev çıxışında Dağlıq Qarabağ münaqişəsinin son 30 illik tarixinə qısa ekskursiya edib, Azərbaycanın qələbəsi ilə bu münaqişəyə son qoyulduğunu vurğulayıb. Qasım Hacıyev qeyd edib ki, Heydər Əliyev Azərbaycana ikinci dəfə rəhbərlik etməyə başlayanda ölkəmiz tarixinin ən ağır dövrlərindən birini yaşayıb. 90-cı illərin başlarında Azərbaycanı yox olmaqdan ümummilli lider Heydər Əliyevin müdrikliyi xilas edib. Ümummilli liderin siyasi varisi, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın üçrəngli bayrağının tezliklə işğal olunmuş bütün torpaqlarımızda dalağanacağı barədə verdiyi vədi yerinə yetirib. Dağlıq Qarabağ münaqişəsinə nöqtə qoyulması ilə həm Azərbaycanın ərazi bütövlüyü təmin olunub, həm də bölgənin sülh və əmin-amanlıq içində yaşaması üçün geniş imkanlar yaranıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
11.12.2020

DİGƏR XƏBƏRLƏR