XƏBƏRLƏR

Ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə bütün sahələrdə dönüş yarandı

Ümummilli liderin Azərbaycan rəhbərliyinə qayıdışı ilə bütün sahələrdə dönüş yarandı

15 iyun 2019

Baxış sayı: 3777

Azərbaycan Universitetinin professoru, tarix üzrə elmlər doktoru, ictimai elmlər kafedrasının müdiri Qabil Əliyev Azərtac-a müsahibə verib. Müsahibədə qeyd olunur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikası keçid dövrünün ağrılı problemlərini Dağlıq Qarabağda erməni separatçılarının və Ermənistan respublikasının hərbi təcavüzünü dəf etməklə bir arada həll etmək məcburiyyətində qalmışdı. Həmin dövrdə ölkə rəhbərliyində təmsil olunan şəxslərin zəif iradəli olmaları, kadrların bacarıqsızlığı və səriştəsizliyi xalqımızı yeganə ümid yeri kimi Heydər Əliyevə üz tutmağa məcbur etdi. Ulu öndərin uzun müddət Azərbaycana rəhbərlik etməsi, respublikamızı qısa müddət ərzində bütün əsas göstəricilər üzrə qabaqcıllar sırasına çıxarması, Sovet İttifaqı rəhbərliyində uğurlu addımları qədirbilən xalqımızın xatirəsində idi. Ona görə də o zamankı rəhbərliyin hər növbəti səhvi, ordumuzun cəbhədəki uğursuzluğu Heydər Əliyevi xilaskar kimi görənlərin sayını artırırdı.

Qabil Əliyev qeyd edib ki, 1993-cü il iyunun 4-də Gəncə şəhərində Surət Hüseynovun başçılığı ilə hərbi qiyam baş verməsi respublikamızı vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi ilə üz-üzə qoydu. Hadisələrə dərhal kəskin müdaxilə edilməməsi Azərbaycanın dövlət müstəqilliyini də təhlükə altına saldı. Xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyunun 24-dən Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də isə ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçildi.

Xəbərin tam mətni ilə aşağıdakı keçidə daxil olmaqla tanış olmaq mümkündür.

https://azertag.az/xeber/Umummilli_Liderin_Azerbaycan_rehberliyine_qayidisi_ile_olke_heyatinin_butun_sahelerinde_donus_yarandi-1295074

İctimaiyyətlə əlaqələr şöbəsi
15.06.2019


DİGƏR XƏBƏRLƏR