XƏBƏRLƏR

Vauçer sahibləri müəyyənləşdi

Vauçer sahibləri müəyyənləşdi

16 oktyabr 2018

Baxış sayı: 4938

Azərbaycan Universitetinin 12-ci Azərbaycan Beynəlxalq Təhsil sərgisindəki stendini ziyarət edən abituriyentlər arasındakı çəkilişin qalibləri müəyyənləşib. Çəkilişin qalibi olan 5 abituriyentə təhsil ödənişində güzəşt nəzərdə tutan vauçer təqdim ediləcək. Hər vauçer birinci tədris ilinin təhsil ödənişində 10% güzəşt nəzərdə tutur. Vauçerlər yalnız 2019/2020-ci tədris ilində istifadə oluna biləcək. Vauçerdən qalibin özü yaxud birinci dərəcədən yaxınları (oğul, qız, bacı, qardaş) istifadə edə bilər.

Qaliblər vauçerlərini bu gündən başlayaraq Azərbaycan Universitetinin (Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71) İctimaiyyətlə əlaqələr şöbəsinə müraciət etməklə götürə bilərlər.

Qeyd edək ki, 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi Bakı Ekspo Mərkəzində 11-13 oktyabr tarixləri arasında keçirilib.  “Uşaqların gələcəyinə sərmayə” devizi altında keçirilən sərgidə Azərbaycan Universiteti öz stendi ilə təmsil olunub.  

Vauçer sahibləri

  • Əzizov Fərid Azər oğlu, Nərimanov rayonu, 47 nömrəli məktəb
  • İsayeva İlqarə Vüqar qızı, Qaradağ rayonu, 180 nömrəli məktəb
  • Məmmədova Rəhilə Habil qızı, Xəzər rayonu, 262 nömrəli məktəb
  • Rzayeva Ruqiyyə Məmmədyar qızı, Yasamal rayonu, 150 nömrəli məktəb
  • Tarverdiyev Hidayət Vilayət oğlu, “Kaspi” liseyi

İctimaiyyətlə əlaqələr şöbəsi
16.10.2018


DİGƏR XƏBƏRLƏR