XƏBƏRLƏR

Vəkil Elnarə Eyybubova “Məişət zorakılığı və sosial iş” fənninin qonaq mühazirəçisi olub

Vəkil Elnarə Eyybubova “Məişət zorakılığı və sosial iş”  fənninin qonaq mühazirəçisi olub

19 may 2022

Baxış sayı: 1831

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi, p.ü.f.d. Aynur Bünyatovanın Sosial iş ixtisasının III kurs tələbələrinə tədris etdiyi “Məişət zorakılığı və sosial iş” fənninin qonaq mühazirəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, “Mərkəz” Vəkil Bürosunun vəkili, hüquqşünas Elnarə Eyyubova olub. Qonağı tələbələrə kafedranın müdiri, p.ü.f.d. Tünzalə Verdiyeva təqdim edib. Kafedra müdiri bildirib ki, Elnarə Eyyubova BMT-nin İnkişaf Proqramı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə həyata keçirdiyi “Gender əsaslı zorakılığın aradan qaldırılmasına icma əsaslı dəstək” layihəsində  hüquqşünas, təlimçi və ekspertdir.

rn

Qonaq mühazirəçi “Qadın və kişi hüquqları”, “Məişət zorakılığı haqqında statistika”, “Ailə daxililində baş verən zorakılıq halları”, “Fiziki zorakılığın müəyyən etmək üçün ekspertiza aparılması”, “Mühafizə orderi haqqında məlumat”, “Mediasiya  xidməti haqqında məlumat”, “Məhkəməyə müraciət qaydaları”, ”Zorakılığa məruz qalan şəxslərə ödənişsiz vəkil xidməti”, “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?”, “Gənclərin məişət zorakılığı və onun qarşısının alınması, nəticələrinin aradan qaldırılması istiqamətində maarifləndirilməsi” mövzularında statistik məlumatların və real keyslərin əks olunduğu təqdimat ilə çıxış edib, tələbələrin suallarını cavablandırıb.

rn

Qeyd edək ki, görüş Azərbaycan Respublikası Prezidentinin 27 noyabr 2020-ci il tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planının 12.2.6 bəndinə  əsasən keçirilib.

rn

İctimaiyyətlə əlaqələr şöbəsi
19.05.2022

DİGƏR XƏBƏRLƏR