XƏBƏRLƏR
Tələbələr üçün “Xaricdə könüllülük” mövzusunda infosessiya keçirilib
Azərbaycan Universitetinin tələbələri üçün “Sağlam Düşüncə Gənclər Təşkilatı” İctimai Birliyi tərəfindən “Xaricdə könüllülük və qeyri-formal təhsil imkanları (təlim kursları, gənclər üçün mübadilə proqramları)” mövzusunda infosessiya keçirilib. Tədbirdə İctimai Birliyin həmtəsisçisi və “Erasmus+ Youth&European Solidarity Corps” üzrə Azərbaycanda Məlumat Mərkəzinin koordinatoru Ramiz Əliyev çıxış edib.
Ramiz Əliyev çıxışında iştirakçılara Erasmus+ Gənclik və Avropa Həmrəylik proqramları, azərbaycanlı gənclər üçün imkanlar və müraciət qaydaları haqqında məlumat verib.
Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə keçirilən sessiyanın sonunda tələbələrin sualları cavablandırılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetinin nümayəndə heyəti Almaniyada təcrübə mübadiləsində iştirak edir
20 noyabr 2026
Dissertant Şəbnəm Xəlilzadənin dissertasiya işinin ilkin müzakirəsi keçirilib
20 noyabr 2026
Azərbaycan Universitetində süni intellekt alətlərinin elmi fəaliyyətə inteqrasiyası müzakirə olunub
19 noyabr 2026
Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub
17 noyabr 2026
Azərbaycan Universiteti AKTA-nın hesabat tədbirində təmsil olunub
17 noyabr 2026
Azərbaycan Universitetində türkiyəli alimin ustad dərsi təşkil olunub
16 noyabr 2026
