XƏBƏRLƏR
Xarici dillər kafedrasının müəllimləri üçün təlim keçirilir
“Oxbridge Academy” tərəfindən Azərbaycan Universiteti Xarici dillər kafedrasının müəllimləri üçün “Pearson Test of General English” proqramı əsasında təlim keçirilir. Qurumun ingilsi dili departamentinin rəhbəri Aminta Michel Abdinova tərəfindən aparılan təlimdə iştirakçılara yeni tədris ilində tətbiq olunacaq proqram haqqında müvafiq məlumatlar çatdırılır.
Kafedra müdiri Samirə Məmmədova və dil dərslərini tədris edən 28 müəllimin iştirak etdiyi təlim 3 gün davam edəcək.
Qeyd edək ki, Xarici dillər kafedrası Azərbaycan Universitetinin ingilis dilli ixtisaslarında təhsil alan tələbələrin dil hazırlığını həyata keçirir. Digər ixtisaslar üzrə ingilis dilinin tədrisi də kafedraya həvalə edilib.
İctimaiyyətlə əlaqələr şöbəsi
22.08.2017
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib
18 sentyabr 2026
Azərbaycan Universitetinin dosenti ABŞ-də akademik səfərdə olub
16 sentyabr 2026
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 sentyabr 2026
Bu il 22 tələbə Azərbaycan Universitetini fərqlənmə diplomu ilə bitirib
09 sentyabr 2026
Tərcümə və filologiya kafedrasının baş müəlliminə fəlsəfə doktoru elmi dərəcəsi verilib
07 sentyabr 2026
“Ulduz tələbə”lərin seçilməsi üçün müraciətlər başlayır
27 avqust 2026
