XƏBƏRLƏR

Xarici dillər kafedrasında dərslərin məzmununun yenilənməsi ilə bağlı təlimlər keçirilir

Xarici dillər kafedrasında  dərslərin məzmununun yenilənməsi ilə bağlı təlimlər keçirilir

31 yanvar 2024

Baxış sayı: 526

Azərbaycan Universitetinin Xarici Dillər kafedrasında dərslərin məzmununun yenilənməsi və təkmilləşdirilməsi məqsədi ilə təlimlərə start verilib. Kafedranın müəllimlərinin iştirak etdiyi təlimlərdə dərslərin daha maraqlı, effektiv və keyfiyyətli olmasını təmin edən faydalı və əyləncəli metod və üsullar nümayiş etdirilir. Təlimlərdə nümayiş etdirilən metod və üsullar fərqli dil səviyyələri üçün (elemetary, pre-intermediate, intermediate ) nəzərdə tutulub.

Kafedranın müəllimi Aysel Mehdiyevanın apardığı birinci təlimdə “Danışıq” (Speaking) dərslərində istifadə olunan yeni və səmərəli metodlardan bəhs edilib. Aysel Mehdiyeva həmkarları ilə öz ideya və təcrübələrini bölüşüb. 

Təlimlər yaz semestri ərzində davam edəcək.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR