XƏBƏRLƏR

Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub

Azərbaycan Universitetində Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub

25 fevral 2022

Baxış sayı: 1492

Azərbaycan Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş ədəbi – bədii kompozisiya təqdim olunub. Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirlib.

Tədbirdə Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov və Nəsimi rayon icra başçısının 1-ci müavini Gülarə Verdiyeva çıxış edərək Xocalı soyqırımının Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyünün bərpa olunması uğrunda apardığı mübarizədə yeri və əhəmiyyəti,  44 günlük Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfərin tələbələr qarşısında müəyyənləşdirdiyi öhdəlik və vəzifələr haqqında danışıblar.

Çıxışlardan sonra iştirakçılar Tələbə Gənclər Təşkilatının üzvləri tərəfindən hazırlanan videoçarx və ədəbi-bədii kompozisiyaya tamaşa ediblər. Ədəbi-bədii kompozisiya soyqırımı gecəsini əks etdirən “Sönük işıq” adlı səhnəcik, şeir və mahnılardan ibarət olub.

İctimaiyyətlə əlaqələr şöbəsi
25.02.2022

DİGƏR XƏBƏRLƏR