XƏBƏRLƏR

Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə anırıq

Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə anırıq

26 fevral 2021

Baxış sayı: 2641

Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı həyata keçirilən soyqırımından 29 il keçir. Ermənistan silahlı qüvvələri Rusiyamın 366-cı motoalayının da iştirakı ilə bir gecədə Xocalıda insanlıq tarixinin ən qanlı faciələrindən birini törədib, yaşlı, qadın, uşaq və körpə demədən yüzlərlə günahsız insanı, dinc sakinləri qətlə yetiriblər.
Azərbaycan Ordusu döyüş meydanında əldə etdiyi zəfərlə Xocalının qisasını döyüş meydanında alıb.
İndi bizim qarşımızda buistiqamətdə duran vəzifələr soyqırımı yaddaşlarda yaşatmaq, gənc nəsil tərəfindən unudulmamasına çalışmaq, onu törədən cinayətkarların beynəlxalq məhkəmələr qarşısında cavab vermələrinə nail olmaqdır.
Xocalı Soyqırımı qurbanlarını dərin hüznlə anırıq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İctimaiyyətlə əlaqələr şöbəsi
26.02.2021

DİGƏR XƏBƏRLƏR