XƏBƏRLƏR

Xorvatiyalı müəllim magistratura tələbələri üçün seminar keçib

Xorvatiyalı müəllim magistratura tələbələri üçün seminar keçib

03 may 2019

Baxış sayı: 3523

Tərəfdaş Dubrovnik Universitetinin “Erasmus+” akademik heyətin mübadiləsi proqramı çərçivəsində Azərbaycan Universitetinə ezam olunan əməkdaşı – bu ali məktəbin biznes və iqtisadiyyat  kafedrasının müdiri Katja Vojvodicin magistratura pilləsində təhsil alan tələbələr üçün elmi tədqiqat işinin yerinə yetirilməsinə dair  seminarı təşkil olunub.

Qonaq Təlim və Tədbir Mərkəzində keçirilən seminar elmi məqalələrin nüfuzlu jurnallara qəbul edilməsi zamanı nəzərə alınan kriteriyalar və elmi redaktorların diqqət etdiyi məqamlar haqqında iştirakçılara məlumat verib. Seminar elmi tədqiqat işinin strukturu və tərtibi qaydaları, seçilmiş mövzu ilə bağlı daha əvvəl aparılmış tədqiqatların incələnməsi və boşluqların müəyyənləşdirilməsi, yeni ədəbiyyatdan istifadənin əhəmiyyəti, məhdudiyyətlərin qeyd olunması, işi gələcəkdə aparılacaq tədqiqatlara verə biləcəyi töhfələr kimi məsələləri əhatə edib.

Katja Vojvodic seminar iştirakçılarına təmsil etdiyi ali təhsil müəssisəsi haqqında da məlumat verib.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.05.2019


DİGƏR XƏBƏRLƏR