XƏBƏRLƏR

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinin II turuna keçən iştirakçılar

“Sağlam bir dünya üçün yaşıl enerji” müsabiqəsinin  II turuna keçən iştirakçılar

09 fevral 2018

Baxış sayı: 5180

“Sağlam bir dünya üçün Yaşıl Enerji” mövzusunda “Ən yaxşı tələbə elmi işi” müsabiqəsində ikinci tura adlayan iştirakçıların siyahısını təqdim edirik.

Tələbə, magistrant, doktorant və dissertantların yaradıcı və intellektual potensialının ortaya çıxarılması məqsədi ilə keçirilən müsabiqəyə 19 universitetdən 30 iş daxil olub.

Müsabiqənin tərəfdaşı Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyidir.

1. Abbasova Nərminə Vaqif qızı - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

İşin adı: “Alternativ yanacaq kimi neft-koks briketlərin alınması”

2. Abbaszadə Sərxan Akif oğlu, Zakirli Fəhmin Əhməd oğlu - Azərbaycan Universitetinin tələbəsi

İşin adı: “Elektrik enerjisinə qənaət üçün “SaveFy” cihazı”

3. Balaqadaşova Ülkər Zahid qızı - Bakı Dövlət Universitetinin tələbəsi

İşin adı: “İşlənmiş yağların heterogen katalizator iştirakında biodizelə çevrilmə reaksiyasının tədqiqi”

4. Behbudov Rəşid Musa oğlu - Bakı Avrasiya Universitetinin tələbəsi

İşin adı: “Qida tullantılarından bioqazın alınması və alternativ enerji kimi istifadəsi”

5. Əlizadə Məhəmməd Tofiq oğlu, Babayev Adil Natiq oğlu – Xəzər Universitetinin tələbələri

İşin adı: “Simsiz enerji mənbəyi”

6. Əzizli Xanpəri Sadiq qızı - Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi

İşin adı: “Dünyada baş verən iqlim dəyişkənliyinin Azərbaycan Respublikası ərazisinə təsiri aspektləri”

7. Kərimova Aysel Rüstəm qızı - Azərbaycan Texniki Universitetinin magistrantı

İşin adı: “Azərbaycanda bərk bioyanacaq – briket istehsalı perspektivi”

8. Məmmədov Emin Yasin oğlu - Azərbaycan Neft və Sənaye Universitetinin magistrantı

İşin adı: “Fasiləsiz elektrik enerjisi təmin olunması məqsədilə hibrid günəş və külək enerji sistemlərinin  işlənməsi”

9. Mərufov İlkin Malik oğlu - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin magistrantı

İşin adı: “Kogenerasiyalı kiçik bioqaz qurğusunun fermer təsərrüfatlarında tətbiqi”

10. Orucov Alirzə Qurban oğlu - Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi

İşin adı: “Təmiz ada”

11. Qəhrəmanlı Nərmin Qabil qızı - Azərbaycan Dövlət Pedaqoji Universtetinin magistrantı

İşin adı: “Dalğa enerjisi və tədqiqi”

12. Quluyev Vüsal Şahin oğlu - Bakı Ali Neft Məktəbinin tələbəsi

İşin adı: “Solar Tree-Günəş Ağacı”

13. Yusifbəyli Fidan Nurəli qızı, Cəfərli Seymur Salman oğlu - Azərbaycan Diplomatiya Akademiyasının tələbəsi və Azərbaycan Dövlət İqtisad Universitetinin magistrantı

İşin adı: “Enerjiyə qənaət - müasir strateji istiqamətlər”

14. Zamanov Əhməd Mehman oğlu - Fransa-Azərbaycan Universitetinin tələbəsi

İşin adı: “Growbar" (yeni enerji qurğusu)

İctimaiyyətlə əlaqələr şöbəsi
08.02.2018

DİGƏR XƏBƏRLƏR