XƏBƏRLƏR

Yay məktəbinin fəal iştirakçılarına hədiyyələr təqdim olunub

Yay məktəbinin fəal iştirakçılarına hədiyyələr təqdim olunub

19 oktyabr 2020

Baxış sayı: 2726

Azərbaycan Universiteti, Almaniyanın Koblenz Universiteti və Gürcüstanın Tbilisi Dövlət Universiteti tərəfindən təşkil olunan beynəlxalq yay məktəbinin Azərbaycandan olan fəal iştirakçılarına təşkilat komitəsinin hədiyyələri təqdim olunub. Tədbirin fəal iştirakçıları arasında Azərbaycan Universitetinin ingilisdilli mühasibat uçotu və audit ixtisası üzrə dördüncü kurs tələbələri Qoşqar Əhmədov və Hüseyn Şahbazlı da var.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Almaniya universitetlərindən 25 tələbənin iştirak etdiyi beynəlxalq yay məktəbi bu il yaranmış ekstremal şəraitə uyğun olaraq Zoom proqramı vasitəsilə onlayn formatda keçirilib. Liderlik və məşğulluq: qlobal əmək bazarı üçün bacarıqlar”(Global Job Skills: Leadership and Employability) mövzusuna həsr olunmuş tədbirin iştirakçılarına dünya əmək bazarında bu sahə üçün tələb olunan bilik və bacarıqlar tədris olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi
19.10.2020

DİGƏR XƏBƏRLƏR