XƏBƏRLƏR

Yaz imtahan sessiyası başlayır

Yaz imtahan sessiyası başlayır

02 iyun 2019

Baxış sayı: 3382

Azərbaycan Universitetində 2018/2019-cu tədris ilinin yaz semestrinin imtahan sessiyası bu gündən başlayır.

Rektorun əmri ilə sessiyanın mövcud normativ sənədlər əsasında təşkil olunması, sessiya dövründə tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflıq və obyektivliyin təmin edilməsi, imtahanların təşkilinə və gedişinə nəzarət, yarana biləcək neqativ halların, münaqişə və şikayətlərin yerindəcə həll edilməsini təmin etmək və dərhal aradan qaldırmaq məqsədilə “İmtahan Qərargahı” yaradılıb. Qərargaha daxil olan müraciət və şikayətlərin operativ şəkildə araşdırılması üçün tədbirlər görüləcək.

Müvafiq əmr ilə tələbələrin biliyinin yenidən qiymətləndirilməsi və imtahan zamanı baş vermiş mübahisələrin aradan qaldırılması üçün ixtisas kafedralarına uyğun olaraq apelyasiya komissiyası fəaliyyət göstərəcək.

Sessiya dövründə şəffaflığın təmin edilməsi üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaradılacaq. İmtahanlarda iştirak etmək istəyənlər (+99412) 431 41 12 (daxili 118) nömrəli telefon vasitəsi ilə Tədris şöbəsinə müraciət etməlidirlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
03.06.2019

DİGƏR XƏBƏRLƏR