XƏBƏRLƏR

Şərif Ağayar ilə postmodernist söhbət

Şərif Ağayar ilə postmodernist söhbət

28 aprel 2017

Baxış sayı: 5276

Kulis.az saytının redaktoru, yazıçı, Şərif Ağayar Azərbaycan Universitetinin Humanitar fənlər fakültəsinin tələbələri ilə görüşüb. Tədbirdə postmodernizm və ədəbiyyat, postmodern ədəbiyyatın fəlsəfəsi və yazıçının  romanları, həmçinin yeni çapdan çıxmış “Arzulardan sonrakı şəhər” əsəri  haqqında müzakirələr aparılıb.

Tədbiri Humanitar fənlər fakültəsinin dekanı dos. Səfər Məmmədov açıb. Dekan qeyd edib ki, tədbir “Auditoriya+” layihəsi çərçivəsində keçirilir. Məqsəd tələbələrin filoloji təfəkkürünün inkişaf etdirilməsidir.

Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri dos. Ülviyyə Rəhimova tələbələrə Şərif Ağayarın yaradıcılığı haqqında məlumat verib. Kafedra müdiri bildirib ki, “Arzulardan sonrakı şəhər” romanı müasir Azərbaycan ədəbiyyatı üçün yeni hadisədir.

Görüşdə intellektual roman, yazıçının mütaliəsi və motivasiyası, müasir Azərbaycan romanının və nəşrinin vəziyyəti, realizm və sosialist realizmi ədəbi cərəyanları, sovet yazıçıları və sovet dövrü yazıçıları, müstəqilliyin bərpasından sonra Azərbaycanda sandıq ədəbiyyatının çıxmamasının səbəbləri, yazıçının estetik həll problemi kimi maraq və mübahisə doğuran məsələlər ətrafında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb.

Sonda Şərif Ağayar kitablarını tələbələrə hədiyyə edib.

İctimaiyyətlə əlaqələr şöbəsi
28.04.2017

DİGƏR XƏBƏRLƏR