XƏBƏRLƏR

Fənlərin Dostluğu Olimpiadasının qalibləri bəllidir

Fənlərin Dostluğu Olimpiadasının qalibləri bəllidir

19 dekabr 2016

Baxış sayı: 5364

Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondu, Azərbaycan Universiteti və Hədəf Kurslarının birgə təşkilatçılığı ilə keçirilən və 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan “Fənlərin Dostluğu Olimpiadası”nın nəticələri bəllidir. Olimpiadada iştirak edən 2 minə yaxın şagird arasında ən yüksək bal toplamış ilk 10 şagird təşkilatçılar və sponsorlar tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar. Bu ilki Olimpiadada 1-ci yerin 2 sahibi var. Onlar Sumqayıt şəhəri texniki təbiət elmləri liseyinin və Biləsuvar rayonu Mübariz İbrahimov adına liseyin şagirdləridir. Mükafatlandırma mərasimi dekabr ayının sonunda təşkil olunacaqdır.

Respublikada fəaliyyət göstərən ümumtəhsil məktəblərinin Azərbaycan bölməsində təhsil alan IX və X sinif şagirdləri arasında keçirilən Olimpiadada şagirdlər 2 saat müddətində 50 sualı cavablandırıblar. Bakı, Sumqayıt və Şəmkir şəhərlərindəki imtahan mərkəzlərində təşkil olunan Olimpiadada suallar fənlərin bir-birinə inteqrasiyası şəklində təqdim olunub. Olimpiada artıq yeddinci dəfədir təşkil olunur.

2010-cu ildə Hədəf Nəşrləri tərəfindən təsis edilən Olimpiadanın bu ilki buraxılışının dəstəkçiləri Medika Hospital, Yes Travel Nizami Kino Mərkəzi, Altun Kitab, Kitabevim.az kitab mağazaları şəbəkəsidir. ATV, trend.az, Ustad dərgisi, senet.az portalı Olimpiadanın informasiya tərəfdaşlarıdır.

Aşağıda mükafatlandırılacaq şagirdlərin siyahısını təqdim edirik. Digər şagirdlər ümumi nəticələrlə inteqrasiya.az saytından tanış ola bilər.

  • I Yer- Hidayət Ələkbərli- Sumqayıt şəhəri texniki təbiət elmləri liseyi
  • I Yer- Xəlil Ağayev - Biləsuvar rayonu Mübariz İbrahimov adına lisey
  • II Yer- Nail Əliyev – Sumqayıt şəhəri “İstedad” liseyi
  • III Yer- Leyla İsgəndərova - Sumqayıt şəhəri “İstedad” liseyi
  • Toğrul Hacızadə- Akademik Zərifə Əliyeva adına lisey
  • Əliyar Məmmədov – Binəqədi rayonu 314 saylı orta məktəb
  • IV Yer- Şəlalə Əliyeva – Sumqayıt şəhəri 25 saylı orta məktəb
  • Aytac Babayeva - Sumqayıt şəhəri “İstedad” liseyi
  • Xanım Göyçayeva – Bakı şəhəri Xətai rayonu 24 saylı orta məktəb
  • Nicat Zəkəriyəzadə - Avropa Azərbaycan məktəbi

İctimaiyyətlə əlaqələr və nəşriyyat şöbəsi
19.12.2016

DİGƏR XƏBƏRLƏR