XƏBƏRLƏR

Azərbaycan Universitetinə qəbul olmuş doktorant və dissertantlarla görüş keçirilib

Azərbaycan Universitetinə qəbul olmuş  doktorant və dissertantlarla görüş keçirilib

27 fevral 2020

Baxış sayı: 3006

Azərbaycan Universitetində fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul edilmiş doktorant və dissertantlarla görüş keçirilib. Tanışlıq və təlimat xarakterli görüşdə doktorant və dissertantların təhsil aldıqları müddətdə görəcəkləri işlər barədə məlumat diqqətə çatdırılıb.

Magistratura və doktorantura şöbəsinin müdiri Nüşabə Quliyeva yeni doktorant və dissertantları təbrik edərək onlara tövsiyə və tapşırıqlarını çatdırıb, gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə doktorant və dissertantları maraqlandıran suallar cavablandırılıb.

Yeni qəbul olmuş doktorant və dissertantlar arasında Azərbaycan Universitetinin magistratura pilləsi üzrə məzunları, Azərbaycan Universitetinin 2 müəllimi və digər universitetlərdə pedaqoji fəaliyyətlə məşğul olanlar var.

Qeyd edək ki, bu il ümumi iqtisadiyyat, dünya iqtisadiyyatı, dil nəzəriyyəsi, german dilləri, dünya ədəbiyyatı, Sosial iş ixtisasları fəlsəfə doktoru proqramlarına qəbul aparılıb.

İctimaiyyətlə əlaqələr şöbəsi
27.02.2020

DİGƏR XƏBƏRLƏR