XƏBƏRLƏR

Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün dörd moduldan ibarət təlim təşkil olunub

Azərbaycan Universitetinin yeni akademik heyət üzvləri üçün  dörd moduldan ibarət təlim təşkil olunub

17 noyabr 2026

Baxış sayı: 8

Azərbaycan Universitetində müəllimlik fəaliyyətinə yeni başlayan akademik heyət üzvlərinin pedaqoji və metodiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə dörd moduldan ibarət təlim təşkil olunub. Universitetin Ömürboyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən təlimlərdə 50-dən çox yeni müəllim iştirak edib.

Yeni akademik heyət üzvlərinin tədris prosesinin təşkili, qiymətləndirmə və dərs planlaşdırılması üzrə metodiki hazırlığının gücləndirilməsinə yönələn təlimləri mərkəzin müdiri Samir Salayev aparıb. Təlim proqramı Fənn Təlim Nəticələrindən (FTN) Dərs Təlim Nəticələrinin (DTN) düzgün müəyyənləşdirilməsi, onlara uyğun qiymətləndirmə suallarının hazırlanması və sillabusun tərtib olunması; FTN-lərə uyğun qiymətləndirmə suallarının və dərs tapşırıqlarının yoxlanılması; imtahan bileti suallarının düzgün tərtibi və FTN-lərin qiymətləndirilməsi; interaktiv təlimdə DTN-lərə uyğun bilik və fəaliyyət strategiyalarının tətbiqi; eləcə də interaktiv dərsin planlaşdırılması və təşkili mövzularını əhatə edib.

Təlimlər çərçivəsində iştirakçılara təlim nəticələri ilə qiymətləndirmə vasitələri arasında əlaqənin qurulması, dərs prosesinin planlaşdırılması və interaktiv təlim strategiyalarının tətbiqi ilə bağlı metodiki bilik və bacarıqlar aşılanıb.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR