XƏBƏRLƏR

Zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün təlimlər Azərbaycan Universitetində keçirilir

Zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün təlimlər  Azərbaycan Universitetində keçirilir

12 mart 2019

Baxış sayı: 4100

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən zal nəzarətçisi sertifikatı almaq istəyənlər üçün keçirilən təlimlər davam edir. Təlimlərdə DİM haqqında ümumi məlumat, imtahanlar, imtahanların təşkili və idarə edilməsi, imtahanlara cəlb olunan məsul şəxslərin seçimi, təyinatı, qiymətləndirilməsi, imtahanların texnologiyası, auditoriyanın idarə edilməsi, zal nəzarətçilərinin və digər şəxslərin vəzifələri və funksiyaları haqqında nəzəri məlumatlar verilir, tapşırıqlar qoyulur və fikir mübadiləsi aparılır. Bundan əlavə, zal nəzarətçisinin fəaliyyətinin daha çox praktiki tərəflərini və imtahanların təşkili, gedişi və yekunu zamanı baş verə biləcək hallar və problemləri əhatə edən interaktiv treninq (nəzarətçi təlimatı və psixoloji stress - menecment təlimi) və təcrübi məşğələlər keçirilir.

Zal nəzarətçisi fəaliyyətinin sertifikatlaşdırılması məqsədilə təlimlər mərhələsinə 2 fevral  2019-cu il tarixindən başlanılıb. Təlimlərin birinci mərhələsi “ASAN” Təlim-Tədris Mərkəzində Azərbaycan Antikorrupsiya Akademiyası “AZAKA” ilə birgə təşkil olunub. İkinci mərhələ isə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanan təlimçilər tərəfindən tədris planına uyğun olaraq müxtəlif mövzularda Azərbaycan Universiteti tərəfindən ayrılmış auditoriyalarda keçirilir.

Təlimlər cari və növbəti həftələrdə davam edəcək. Təlimlərdən sonra namizədlər yekun test imtahanında iştirak edəcəklər. Yekun test imtahanından məqbul qiymət alan namizədlər zal nəzarətçiləri bazasına qəbul olunaraq imtahanlara dəvət olunacaqlar.

Dövlət İmtahan Mərkəzinin saytına keçid

http://dim.gov.az/news/3250/

İctimaiyyətlə əlaqələr şöbəsi
12.03.2019


DİGƏR XƏBƏRLƏR