Haqqında
Bizim jurnal üçün “Çağlayan” adı təsadüfi seçilməyib... O, həm də Azərbaycan şairi Mikayıl Müşfiqin sonuncu, işıq üzü görməmiş kitabının adıdır. Türk dillərində “şəlalə” mənasını özündə əks etdirən “Çağlayan” həmçinin yeni həyatın, dirçəlişin, azadlığın, aşıb daşan gəncliyin və qaynar həyatın rəmzidir. Azərbaycan Universitetində təhsil alan tələbələrin həyata münasibətini, ovqatını, elmə və biliyə olan təşnəsini rəmzi şəkildə ifadə edir. “Çağlayan” jurnalı həm də sovet dövründə repressiyaya məruz qalmış bütün elm və incəsənət xadimlərimizin əziz xatirəsinə ithaf olunur.
İldə iki dəfə olmaqla nəşr olunan "Çağlayan" jurnalı Azərbaycan Universitetinin fəaliyyətinə həsr olunur. Məqsədimiz Azərbaycan Universitetində aparılan islahatlara, onun yenilənməsinə, inkişafına və çağlayan tələbə həyatına güzgü tutmaqdır.
Beynəlxalq əlaqələrin genişləndirilməsi, elmi konfrans və tədbirlər, yerli və xarici qonaqlarla görüşlər, əlamətdar tarixlərin qeyd olunması, fərdi inkişaf və karyera təlimləri, ustad dərsləri bizim çağlayan universitetimizin ayrılmaz parçasıdır. “Universitet xəbərləri” bölmələrimizdə bu məqamlara dair ən son yenilikləri sizə çatdırırıq. Jurnalımızın hər nömrəsində abituriyentlər üçün psixoloq məsləhəti öz əksini tapır. Maarifləndirmə xarakterli silsilə yazılarda ali məktəblərə hazırlaşan gəncləri yaxından maraqlandıran məsələlər işıqlandırılır.
Fakültələrimiz də öz səhifələrində tədris etdikləri ixtisaslara dair faydalı məlumatları abituriyentlər ilə bölüşürlər.“Tələbə həyatı” rubrikamız dinamik və maraqlı tələbə həyatını işıqlandırır. “Məzunlarımız” rubrikasını izləməklə Azərbaycan Universiteti məzunlarının uğur hekayələri ilə tanış olmaq mümkündür. “Çağlayan” jurnalı özəl rubrikalar və müsahibələr də təqdim edir.
“Çağlayan” jurnalının yeni sayılarında görüşmək ümidi ilə...
2023 (12) PDF
2022 (11) PDF
2022 (10) PDF
2021 (9) PDF
2020 (8) PDF
2019, Payız - 2020, Qış (7) PDF
2019, Yaz -Yay (6) PDF
2018, Payız - 2019, Qış (5) PDF
2018, Yay (4) PDF
2018, Bahar (3) PDF
2017, Qış (2) PDF
2017, Payız (1) PDF