Jurnala təqdim olunan məqalələr
Məqalələr azərbaycan, rus və ya ingilis dillərində təqdim olunmalıdır.
Məqalə A4 formatında, Microsoft Word redaktorunda (Şrift –Times New Roman- 12, interval -1, səhifənin parametrləri – yuxarı -2 sm, aşağı -2 sm, soldan -2,5 sm, sağdan -2,5 sm) yığılmalıdır.
Məqalələr çapa hazırlanarkən yerləşdirilmiş NÜMUNƏ formatına ciddi riayət olunmalıdir.
Ədəbiyyat siyahısı əlifba sırası ilə yazılmalı və özündə məqalənin mövzusunu əhatə edən yeni alınmış nəticələri əks etdirməlidir.
Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1] və ya [2, s.22]).
Məqalənin bağlığı, müəlliflərin adı, soyadı, xülasə və açar sözlər üç dildə (azərbaycan, rus və ingilis dillərində) əlavə olunmalıdır.
Müəlliflər məqalələri ipek.yolu@au.edu.az elektron ünvanına göndərə bilərlər.