Tələbələrlə iş şöbəsi 1993-cü ildə yaranmışdır. Şöbə Universitetə qəbul olmuş tələbələrin uçotunu, onlarla əlaqədar sənədləşmə prosesini aparan struktur bölmədir.
Tələbə şöbəsi öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, Universitetin Nizamnaməsini, Elmi şuranın qərarlarını rəhbər tutur.
Tələbələrin qeydiyyatı, onlarla bağlı statistik analiz işləri, tələbələrin bütün sənədləşmə işləri (tələbələrin bərpası, xaric edilməsi, köçürülməsi və s.), tələbələr haqqında bütün əmrlərin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə daxil edilməsi Tələbə şöbəsi tərəfindən aparılır.
Şöbə universitetin tələbə kontingenti ilə bağlı aşağıdakı işləri yerinə yetirir:
- Dövlət İmtahan Mərkəzinin (DİM) xətti ilə bakalavriat və magistratura pillələri üçün sənəd qəbulunun təşkili və aparılması
- Azərbaycan Universitetinin bakalavr və magistr pilləsinə qəbul olanların şəxsi işlərinin hazırlanması, qeydiyyata alınması, əmrləşdirilməsi və təhsil aldığı müddət ərzində sənədlərin saxlanılması
- Tələbə biletlərinin hazırlanması, yazılması və tələbələrə verilməsi
- Universitetə köçürülən tələbələr üçün akademik arayışların hazırlanması, verilməsi və qeydiyyata alınması
- Respublika Dövlət Statistika Komitəsinə və Təhsil Nazirliyinə qəbul haqqında rəsmi statistik hesabatların hazırlanması
- Universitetə bərpa olunanların sənədlərinin hazırlanması və qeydiyyata alınması
- Təhsil Nazirliyinə diplom blankları üçün sifarişlərin verilməsi, alınmış diplomların təyinatı üzrə yazılıb qeydiyyata alınaraq təqdim edilməsi
- Universiteti bitirən məzunların şəxsi işlərinin arxivə təhvil verilməsi
- Universitetdən xaric olunan və yaxud başqa universitetə köçürülən tələbələrin sənədləşdirmə işlərinin hazırlanması
- Tələbələr haqqında elektron məlumat bankının hazırlanması
- Tələbələrin verdiyi imtahanların nəticələri üzrə elektron bankın yaradılması
- Tələbələrin kredit vərəqələrinin hazırlanması və onlara təqdim olunması
- Tələbələrin transkriptlərinin hazırlanması və onlara təqdim olunması
- Diploma əlavələrin hazırlanması
- Qiymət cədvəlinin surətinin çıxarılması və əslinin dekanlığa təhvil verilməsi
Şöbənin tərkibi
- Həlimə Əjdər qızı Məmmədova - Şöbə müdiri
- Məlahət Aydın qızı Axundova - Metodist
Tel: (+99412) 431 41 12/13/16/17 (daxili 114)