Karyera İnkişafı və Məzunlarla İş Mərkəzi

Karyera İnkişafı və Məzunlarla İş Mərkəzi tələbələrin peşəkar inkişafını dəstəkləyən, onları əmək bazarının tələblərinə hazırlayan və məzunlarla universitet arasında davamlı əlaqələrin qurulmasını təmin edən struktur bölmədir. Mərkəz karyera planlaması, təcrübə və məşğulluq imkanları, işəgötürənlərlə əməkdaşlıq, eləcə də məzun şəbəkəsinin inkişafı istiqamətində fəaliyyət göstərərək tələbə və məzunların uğurlu karyerasına töhfə verir.

Mərkəzin vəzifələri

  • Dövlət və özəl sektor qurumları ilə əməkdaşlıq əlaəqlərinin qurulması, universitet - sənaye əlaqələrinin inkişaf etdirilməsi və tərəfdaş təşkilatlarla işgüzar görüşlərin keçirilməsi;
  • İşəgötürənlərlə əməkdaşlıq müqavilələrinin bağlanması, təcrübə proqramlarının təşkili və tələbələrin praktik hazırlıq imkanlarının genişləndirilməsi;
  • Tələbələrin birinci kursdan etibarən karyera planlaması üzrə istiqamətləndirilməsi, fərdi karyera məsləhətlərinin göstərilməsi, CV hazırlanması və iş müsahibələrinə hazırlıq üzrə dəstəyin təmin edilməsi;
  • Vakansiyalar, təcrübə proqramları və digər karyera imkanları barədə məlumatların toplanması və operativ şəkildə tələbə və məzunlara çatdırılması;
  • Karyera günləri, əmək yarmarkaları, işəgötürənlərlə görüşlər, master-klasslar, infoturlar və digər karyera yönümlü tədbirlərin təşkili;
  • Təcrübə proqramlarında iştirak edən tələbələrin və işəgötürənlərin məmnunluq səviyyəsinin öyrənilməsi, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
  • Məzunlar Assosiasiyasının fəaliyyətinin təşkili, məzun şəbəkəsinin formalaşdırılması və inkişaf etdirilməsi;
  • Məzunlarla davamlı əlaqələrin saxlanılması, onların universitetin akademik və ictimai həyatına cəlb olunması, peşəkar nailiyyətlərinin izlənilməsi;
  • Məzun məmnunluğunun, məşğulluq göstəricilərinin və təhsil proqramlarının əmək bazarına uyğunluğunun qiymətləndirilməsi, nəticələrin təhlili və müvafiq təkliflərin hazırlanması.

Mərkəzin heyəti 

  • Güllü Namiq qızı Hacıyeva – Aparıcı mütəxəssis 

Mərkəzlə əlaqə

  • Tel.: 055 209 94 92 
  • E-poçt: gullu.hajiyeva@au.edu.az
                career@au.edu.az