Ömürboyu Təhsilə Dəstək: Təlim-Tədris Mərkəzi

Azərbaycan Universitetinin Ömürboyu təhsilə dəstək: Təlim - Tədris Mərkəzi universitetin akademik - inzibati heyəti və tələbələri üçün peşəkar və şəxsi inkişafı, təhsilin keyfiyyətini və innovativ metodların tətbiqini hədəfləyən, müntəzəm təlim və tədbirlər təşkil edən əsas təlim strukturu kimi fəaliyyət göstərir.

Mərkəz Azərbaycan Universitetinin ictimai rolunun və davamlı təhsilə töhfəsinin gücləndirilməsi məqsədilə səmərəli əməkdaşlıqlar çərçivəsində  digər ali təhsil müəssisələrinin nümayəndələri üçün də seminarlar, kurslar və ixtisasartırma proqramları təklif edir.

Mərkəzin vəzifələri

  • Universitetin professor-müəllim heyətinin pedaqoji kompetensiyalarını, tədris metodikasını və innovativ texnologiyalardan istifadə bacarıqlarını daim inkişaf etdirən müntəzəm təlim və seminarların təşkili
  • Universitetin Keyfiyyət təminatı şöbəsi ilə sıx əməkdaşlıq edərək təhsil standartlarına, akkreditasiya meyarlarına və keyfiyyət idarəetməsi prinsiplərinə uyğun ixtisasartırma təlimlərinin həyata keçirilməsi
  • Universitetin inzibati işçiləri üçün idarəetmə, kommunikasiya və digər zəruri peşəkar bacarıqların artırılması məqsədilə təlim modullarının təşkili
  • Tələbələrin vaxtın idarə edilməsi, natiqlik, startap layihələrinin hazırlanması, karyera planlaması, liderlik və komanda işi kimi akademik və şəxsi inkişafı üçün məqsədyönlü tədbirlərin və təlimlərin təşkili

Mərkəzin heyəti

  • Samir Mirsamid oğlu Salayev - müdir

Mərkəzlə əlaqə

  • E-poçt: samirsalayev@au.edu.az