Azərbaycan Universiteti PTE (Pearson Test of English) beynəlxalq dil sertifikatı imtahanının rəsmi alt mərkəzi kimi tələbələrə ingilis dili biliklərini dünya üzrə tanınan sertifikatla təsdiq etmək imkanı təqdim edir. Sertifikat dünyanın minlərlə ali təhsil müəssisəsi, eləcə də müxtəlif ölkələrin dövlət və özəl qurumları tərəfindən qəbul edilir.
PTE (Pearson Test of English) İmtahan Mərkəzi Xarici dillər kafedrasının nəzdində 2018-ci ildə yaradılıb. Mərkəz tələbələrin xarici dil bacarıqlarının inkişaf etdirilməsi, onların ingilis dili biliklərinin beynəlxalq standartlar əsasında qiymətləndirilməsi, gələcək akademik və peşəkar fəaliyyətlərində rəqabət qabiliyyətlərinin artırılması məqsədilə fəaliyyət göstərir. Mərkəz tərəfindən ildə bir dəfə Pearson beynəlxalq dil imtahanı təşkil olunur.
İmtahanda Azərbaycan Universitetinin bütün tələbələri iştirak edə bilərlər. Namizədlər əvvəlcədən Xarici dillər kafedrasının müəllimləri tərəfindən qiymətləndirilir və müvafiq seçim mərhələsindən keçirlər.
Pearson imtahanı iki hissədən ibarətdir: Speaking (şifahi) və Written (yazılı). İmtahan tarixləri Pearson təşkilatı tərəfindən müəyyən edilir. Şifahi imtahan yazılı imtahandan təxminən iki həftə əvvəl keçirilə bilər. İmtahanın yazılı hissəsində dinləmə, oxu və yazı bacarıqları, şifahi hissəsində isə ünsiyyət, təsvir və situativ danışıq bacarıqları yoxlanılır.
İmtahanın strukturu
Written (yazılı) hissə
Speaking (şifahi) hissə
İmtahanın bütün mərhələlərini uğurla başa vuran iştirakçılar beynəlxalq səviyyədə tanınan PTE (Pearson Test of English) sertifikatını əldə edirlər.
Mərkəzin heyəti
Mərkəzlə əlaqə