Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi

Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi 2024-cü ilin may ayında  fəaliyyətə başlamışdır. Tələbələrin, professor-müəllim heyətinin və inzibati-texniki işçilərin psixoloji sağlamlığının qorunması, şəxsi inkişafının dəstəklənməsi və sosial inteqrasiyasının gücləndirilməsi məqsədilə yaradılmış mərkəz şəxsi məlumatların məxfiliyini təmin edərək, peşəkar məsləhət və sosial-psixoloji dəstək xidmətləri göstərir.

Universitet daxilində sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması və qorunmasına, benefisiarların sosial rifahının yüksəldilməsinə, emosional dayanıqlılığının artırılmasına töhfə verilməsi, sosial-psixoloji sahədə 

elmi-tədqiqat fəaliyyətlərinin həyata keçirilməsi mərkəzin prioritet fəaliyyət istiqamətləridir. 

Mərkəzin vəzifələri

  • Tələbələrin və təhsil işçilərinin sosial-psixoloji vəziyyətini qiymətləndirir, onların ehtiyaclarına uyğun fərdi və qrup şəklində psixoloji konsultasiyalar təşkil edir;
  • Sosial-psixoloji sahədə tədqiqatlar aparır, sosial və emosional bacarıqların ölçülməsi, inkişaf etdirilməsi və monitorinqi məqsədilə müxtəlif sorğular keçirir;
  • Benefisiarların psixoloji rifahını dəstəkləyən proqramlar hazırlayır və onların effektiv icrasını təmin edir;
  • Əlilliyi olan benefisiarların universitet mühitinə adaptasiyasının və sosial-psixoloji rifahının dəstəklənməsi istiqamətində fəaliyyət göstərir;
  • Sosial-psixoloji mövzularda seminarlar, təlimlər, dəyirmi masalar və maarifləndirmə tədbirləri təşkil edir;
  • Müxtəlif çətin həyat vəziyyətləri ilə qarşılaşmış tələbələrə psixoloji dəstək göstərir, onların psixoloji dayanıqlılığının və sosial inkişafının gücləndirilməsinə yönəlmiş fəaliyyətlər həyata keçirir;
  • Beynəlxalq tələbələrin adaptasiya prosesində, universitet mühitinə inteqrasiyasında və stresin idarə olunmasında qarşılaşdıqları çətinliklərə dair onlara sosial-psixoloji dəstək göstərir, lazımi məsləhət və rəhbərliklə müşayiət edir;
  • Sosial-psixoloji problemlərin həlli istiqamətində yerli və beynəlxalq layihələrə qoşularaq əməkdaşlıq əlaqələri qurur və təcrübə mübadiləsini təşviq edir.

Mərkəzin heyəti

  • Aygün Hüseynağa qızı Muradlı – Direktor
  • Aynur Rəşid qızı Bünyatova – Psixoloq
  • Zəhra Yaşar qızı Məmmədli – Psixoloq

Mərkəzlə əlaqə

  • Tel.: (+994 12) 431 41 12/13/16 (daxili 119)
  • E-poçt: socpsychoresearch@au.edu.az