Tələbələrlə iş şöbəsi Universitetə qəbul olmuş tələbələrin qeydiyyat prosesini və təhsil aldığı dövrdə vacib sənədləşmə prosedurunu Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən aparan struktur bölmədir. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyini, Universitetin Nizamnaməsini, Elmi Şuranın qərarlarını rəhbər tutur.
Şöbə 1993-cü ildə “Tələbə şöbəsi” adı ilə yaradılmışdır. 12.04.2017-ci ildən etibarən öz fəaliyyətinə Tələbələrlə iş şöbəsi adı altında davam edir.
Keyfiyyətli təhsilin əsası olan nizam-intizam, davamiyyət, sağlam həyat tərzinin təbliği şöbənin funksiyalarındandır.
Azərbaycan Universitetini bitirən məzunların diplomlarının Elm və Təhsil Nazirliyindən alınması, dublikat diplomların verilməsi Tələbələrlə iş şöbəsinin funksiyasına daxildir.
Şöbə universitetin tələbə kontingenti ilə bağlı aşağıdakı işləri yerinə yetirir:
- Dövlət İmtahan Mərkəzinin (DİM) xətti ilə bakalavriat və magistratura səviyyələrinə qəbul olan tələbələrin sənəd qəbulunun təşkili və aparılması;
- Azərbaycan Universitetinin bakalavriat və magistratura səviyyəsinə qəbul olanların şəxsi işlərinin hazırlanması, qeydiyyata alınması, əmrləşdirilməsi və təhsil aldığı müddət ərzində sənədlərin saxlanılması;
- Tələbə biletlərinin hazırlanması;
- Respublika Dövlət Statistika Komitəsinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qəbul haqqında rəsmi statistik hesabatların hazırlanması;
- Universitetə bərpa olan, xaric olan və yaxud başqa universitetə köçürülən tələbələrin sənədləşdirmə işlərinin aparılması və bütün əmrlərin “Tələbə-Məzun” Dövlət Elektron Məlumat Sisteminə və Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinin istifadə etdiyi Ali və Orta İxtisas Təhsili Alt Sisteminə (AOİTAS ) daxil edilməsi,
- Buraxılışa gedən məzunlar haqqında məlumatların hazırlanması və Elm və Təhsil Nazirliyinin “Təhsilin İdarə olunmasının Məlumat Sistemi” nə daxil edilməsi (TİMS);
- Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə diplom blankları üçün sifarişlərin verilməsi, alınmış diplomların təyinatı üzrə yazılıb qeydiyyata alınaraq təqdim edilməsi;
- Universiteti bitirən məzunların şəxsi işlərinin arxivə təhvil verilməsi;
- Tələbələr haqqında elektron məlumat bankının hazırlanması;
- Elektron sənəd dövriyyəsi sistemi üzərindən təqdimatlara əsasən əmrlərin hazırlanması.
Şöbənin heyəti
- Həlimə Əjdər qızı Məmmədova - Şöbə müdiri
- Məlahət Aydın qızı Axundova - Baş metodist
- Sinarə Səmər qızı Səfərova - Metodist
- Hüseyn Vüqar oğlu Rüstəmli - Koordinator
Şöbə ilə əlaqə
- Tel.: (+99412) 431 41 12/13/16/ (daxili 124)