2nd International Conference on Social Work & Social Research
2nd International Conference on
SOCIAL WORK & SOCIAL RESEARCH
23-24 May, 2025
Azərbaycan Universitetinin Firat Universiteti (Türkiyə), Receb Tayip Erdoğan Universiteti (Türkiyə) və Sosial Tədqiqatlar Mərkəzi (Azərbaycan) ilə birlikdə təşkil etdiyi 2-ci Social Work & Social Research beynəlxalq konfransının keçirilməsində məqsəd bu sahədə çalışan tədqiqatçıların sosial iş və sosial siyasət sahəsindəki aktual məsələlərin müzakirəsinə qoşulması, əhalinin müxtəlif kateqoriyalarının sosial və psixoloji səviyyəsinin yüksəldilməsinə yönəlmiş müasir texnologiyaların, sosial təcrübələrin hazırlanması və tətbiqi sahəsində təcrübə mübadiləsidir.
Konfransda böhran dövründə sosial iş təcrübəsi, sosial iş təhsilinin inkişafı, bu sahədə beynəlxalq standartların yaradılması, həssas qrupların sosial müdafiəsi və s. kimi məsələlərin müzakirəsi üçün elmi platforma təqdim ediləcəkdir.
Komitələr
Konfransın sədrləri
Səadət Əliyeva | Rektor, Azərbaycan Universiteti, Azərbaycan
Fahrettin Göktaş | Rektor, Fırat Universiteti, Türkiyə
Yusuf Yilmaz | Rektor, Recep Tayyip Erdogan Universiteti, Türkiyə
Zahid Oruc | Sədr, Sosial Tədqiqatlar Mərkəzi, Azərbaycan
YASUHIRO KOTERA Nottingham Universiteti, Birləşmiş Krallıq Osaka Universiteti, Suita, Yaponiya Mövzu: Feeling well across cultures: CROss-cultural WellNess (CROWN)
STEFAN COJOCARU Alexandru Ioan Cuza Universiteti, Rumıniya Mövzu: Appreciative approach in social work
ELİF GÖKÇEARSLAN Ankara Universiteti, Türkiyə Mövzu: Child protection and artificial intelligence: Changing dynamics of the 21st century
ERIC CHUI Head in the Department of Applied Social Sciences, The Hong Kong Polytechnic University, Hong Kong Mövzu: Humanistic learning in a digital world: Innovations in social work education & practice for a sustainable future
RAFAIL HASANOV Baku State University, Baku, Azerbaijan Mövzu: Changes in values and life orientations among the young generation in Azerbaijan
Elmi istiqamətlər
Həssas qruplar: sosial müdafiə axtarışı
Ahıl insanlar
Əlilliyi olan şəxslər
Uşaqlar və yeniyetmələr
Qadınlar və qızlar
Miqrantlar, qaçqınlar və məcburi köçkünlər
Evsizlər, sığınacağa ehtiyacı olanlar
Asılılıq qurbanları
Sosial iş təhsilinin inkişafı
Sosial iş təhsili sahəsində səriştələrin, yeni bacarıqların və qlobal standartların yaradılması
Rəqəmsal dünyada etik prinsiplər
Davamlı inkişaf və sosial iş təhsili
Sosial inkişaf və sosial iş təhsilində rəqəmsallaşma və İKT
Böhran dövündə sosial iş təcrübəsi
Aclıq və qida təhlükəsizliyi
İnsan hüquqları və sosial ədalət
Psixo-sosial bilik və bacarıqların tətbiqi
İşsizlik
İctimai səhiyyə böhranı
İqlim dəyişikliyinin həlli və fəlakətlərə hazırlığın gücləndirilməsi
Müharibədən zərərçəkənlər və hərbçilərlə sosial iş
Mühüm tarixlər
Tezislərin göndərilməsi üçün son tarix: 1 aprel 2025
Tezisin qəbul olunması haqqında son məlumatlandırma tarixi: 10 may 2025
Konfrans proqramının göndərilməsi: 15 may 2025
Müəlliflər üçün təlimat
Konfransın rəsmi dili ingilis dilidir və yalnız bu dildə yazılmış tezislər qəbul olunacaq.
Tezislər üç səhifədən çox olmamalıdır.
Tezislərin hazırlanmasında müəlliflər aşağıdakı şablondan istifadə edə bilərlər: