Social Issues

Azərbaycan Universitetinin nəşr etdiyi Social Issues (ISSN 2960-0405) jurnalı sosial elmlər üzrə nəzəriyyələr, metodlar və onların tətbiqlərinə həsr olunmuş, rəyləşdirilən açıq elmi jurnaldır.

Social Issues jurnalının məqsədi sosial elmlərin müxtəlif sahələri arasında maneələri aradan qaldırmaq və müasir ümumi tədqiqat metodlarını inkişaf etdirməkdir. Jurnal sosiologiya, mədəni antropologiya, etnoqrafiya, sosial coğrafiya, mədəniyyətşünaslıq, sosial siyasət, sosiolinqvistika və sosial tarix, gender tədqiqatları və s. daxil olmaqla sosial elmlərin müxtəlif istiqaməti üzrə məqalələri qəbul edir.

Jurnal həmçinin sosial iş və sosial iş təhsili məsələlərinə həsr edilmiş məqalələri də qəbul edir.